Gürcüstanda uşaq bağçaları sentyabrın 14-dən fəaliyyət göstərməyə
başlayacaq.
Bu barədə Uşaq Bağçaları Agentliyinin rəhbəri Kaxaber Qvantseladze
bildirib.
O deyib ki, hazırkı epidemioloji vəziyyət nəzərə alınmaqla
bağçaların açılmasının təxirə salınması planlaşdırılmır.
Agentlik rəhbərinin sözlərinə görə, bütün bağçalarda təhlükəsiz
mühit təmin olunacaq.
Mənbə: NewsBureau