Gürcütana böyük həcmdə bəyan edilməmiş mal keçirməyə cəhd edən
Türkiyə vətəndaşı saxlanılıb.
Bu barədə ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidmətindən
bildirilib.
İstintaqla müəyyən olunub ki, əcnəbi vətəndaş Türkiyədən Gürcüstana
“Sarpi” gömrük-buraxılış məntəqəsi vasitəsilə gömrük nəzarətindən
gizlədilmiş qızıl əşyalar idxal edib.
Gömrükçülər ümumi çəkisi 299 qram olan qızıl əşyaları müsadirə
edib. Əşyaların ümumi dəyəri 35 min lari təşkil edib.
Faktla bağlı cinayət işi açılıb. Türkiyə vətəndaşını 5 ildən 7
ilədək həbs gözləyir.
Mənbə: NewsBureau