“Gürcüstanda yaxın günlərdə gündəlik yoluxma sayı 200-ü
ötərsə, məktəblərdə dərslərin siniflərdə bərpası daha 2 həftə
təxirə salına bilər”.
Bu barədəTbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru
Tengiz Tsertsvadze bildirib.
O deyib ki, sutkalıq yoluxma sayı 200 ətrafında olarsa, oktyabrın
1-də məktəblərdə dərslərin bərpası və bağçaların açılması mümkün
olacaq: “
Lakin əgər buna nail olunmasa, tarix daha 2
həftə uzadıla bilər. Subyektiv fikrimə əsasən, buna ehtiyac
olmayacaq”.
Səhiyyə nazirinin müavini Tamar Qabunia da bildirib ki, hazırkı
mərhələdə məktəblərdə tədrisin başlaması ilə bağlı heç bir yeni
qərar qəbul edilməyib.
Qeyd edək ki, Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori və Poti
şəhərlərində yeni tədris ilinin başlaması oktyabrın 1-dək təxirə
salınıb. Bu şəhərlərdəki məktəblərin şagirdləri distant təhsilə
cəlb olunublar. Ölkədə uşaq bağçalarının da oktyabrın 1-də açılması
nəzərdə tutulub.
Mənbə: NewsBureau