“Dağlıq Qarabağ münaqişəsi zonasında yeni bir gərginlik
növbəti dəfə qan tökülməsinə və insan itkisinə səbəb olub. Dağlıq
Qarabağ problemini silah yolu ilə həll etmək olmaz”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz
Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, nizamlanma istisnasız olaraq siyasi-diplomatik
yolla həyata keçirilməlidir:
“Mən dəfələrlə buna şəxsən əmin olmuşam,
xüsusilə iki ölkənin danışıqları zamanı Rusiya Federasiyasından
vasitəçi kimi çıxış etdiyim zaman. İndi bütün tərəflərin
sakitləşməsi lazımdır. Hər şeydən əvvəl ehtirasları
gərginləşdirməyi dayandırın, davakar ritorikadan qurtulun və
münaqişənin hərbi hissəsini birgə fəaliyyətlə dayandırın. Əks
təqdirdə region üçün fəlakətli nəticələrin qarşısını almaq olmaz.
Bu gün böhrandan çıxmaq üçün bütün imkanlardan, həm də ATƏT-in
Minsk qrupu çərçivəsində həmsədrlik mexanizmlərindən, ikitərəfli
formatdan istifadə edilməlidir. Ermənistan və Azərbaycan bizim
qonşularımız və yaxın tərədaşlarımızdır”.
Mənbə: apa.az