İmamquliyevin təbliğat banerini Sadaxlıda dirəklə bərabər söküblər
Bu gün, 28 sentyabr tarixində “Avropalı Gürcüstan”-ın nümayəndələri
Sadaxlının mərkəzində partiyanın təbliğat banerlərinin söküldüyünü
görüblər. Plakatın bərkidildiyi dirək isə kəsilib.
“Avropalı Gürcüstan”-ın Marneuli və Qardabanidən majoritar
deputatlığa namizədi Əhməd İmamquliyev bildirdi ki, onların
banerini məqsədyönlü şəkildə söküblər.
“Bu dirəyə bizim dini bayramlarımız olanda banerlər vururdular.
İndi heç bir bayram olmadığına görə dirək boş idi və biz plakat
vurduq. Bu dirək heç kimin deyil və ən əsası artıq neçə ildir ki,
dövlətə aid olan ərazidə durur.
Düşündük ki, təbliğat materialını buraya vuraq. Bu gün gəldik ki,
bu dirək kəsilib və bizim təbliğat banerimiz kənara qoyulub. Bu
ərazi dövlətindir, özəl mülkiyyət deyil. Bu dirək elektrik dirəyi
kimi burada dururdu və bilirik ki, bizim yalnız meriyanın
balansında olan elektrik dirəklərinə material vurmaq hüququmuz var,
məhz belə düşünərək təbliğat materialını
yapışdırdıq."
Əhməd İmamquliyev təbliğat banerini konkret olaraq kimin sökməsi
ilə bağlı şübhələndiyi adam yoxdur, ancaq o, bildirdi ki, onların
təbliğat materiallarını “Gürcü Arzusu” xarab edir.
“Təəssüf ki, “Gürcü Arzusu” bu gün bizim təbliğat
materialları, fotolarımızla mübarizə aparır. Şübhəsiz bu “Gürcü
Arzusu” nümayəndələrinin işidir. Ona görə ki, bizim uşaqlar buraya
baner vuran zaman “Gürcü Arzusu”-nun nümayəndələri gəlib
deyirmişlər ki, bu banerin burada durmasına imkan verməyəcəklər.
Təəssüf ki, onda video çəkmədik. Bizdə material var, meriyanın
nəzarət xidməti bir nəfərə, güman ki, zamanında, 3-4 il bundan
əvvəl bu dirəyi qoyan şəxsə məktub yazıb. Məktubda deyilir ki,
həmin şəxs dirəyi oradan götürməlidir. Ancaq həmin şəxs cavab verib
ki, bu 4 il əvvəl düzəldilib və xalqın istifadəsinə verən zaman
niyə demirdilər. “Gürcü Arzusu” tezliklə bitəcək və xalq qələbə
çalacaq.”
Əhməd İmamquliyevin sözlərinə görə, meriyanın Nəzarət Xidməti
onlara banerin başqa yerə yerləşdirilməsi ilə bağlı bir günlük vaxt
verib. Səbəb olaraq isə özünün dediyinə görə, qanunsuz tikili
olduğunu bildiriblər. Ancaq o, bunların hamısını şikayət etməyi
planlaşdırır.
“Marneuli” radiosu yerli özünüidarədən hələ də məsələ ilə bağlı
təfərrüatları öyrənməyə çalışır.
Əhməd İmamquliyev bildirdi ki, dirəyi yenidən öz yerinə
bərkidəcəklər.
“Marneuli” radiosu hələ də yerli özünüidarədən Sadaxlının
mərkəzindəki dirəyin kəsilməsi ilə bağlı həmin şəxsə məktub
yazılıb-yazılmaması barədə məlumat almağa çalışır.