Mtatsmindada avtomobil evə çırpılıb
Dekabrın 1-i, axşam təxminən saat 20:50 də Mtatsmindada hərəkət edən bir maşın, dayanmış, boş maşınla toqquşub.

Toqquşma nəticəsində dayanmış avtomobil yaşayış evinin divarına çırpılıb.

Hadisə yerindən " Netqazetiyə" verilən məlumata əsasən, toqquşma nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə təcili yardım da gəlməyib.

Hadisə, Mtatsminda küçəsi ilə Polikarpe Kakabadze/ Daniel Çonkadze küçələrinin kəsişməsində, "Mamadavit" Kilsəsinin yaxınlıqlarında baş verib.

Göstərilən fotoşəkildə, öndəki avtomobilin tamamilə havada qaldığı və yalnız ön hissəsinin divara keçdiyi görünür.

Hadisə yaxından belə görünür:





Mtatsminda küçəsinin sağ tərəfi ilə uzanan səki pilləkənlərlə Kakabadze küçəsinə qalxır, maşın da məhz pilləkənlər olan hissəyə çırpılıb.



Daxili İşlər Nazirliyindən "Netgazeti"-yə bildirilib ki, iş üzrə inzibati istintaq başlanılıb.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google