Bütün rusiyalıların hüquqlarına Rusiya Federasiyasının qanunları
ilə zəmanət verilir. Sözsüz ki, Aleksey Navalnı ilə bağlı
vəziyyətdə də belə olacaq.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov
bildirib.
“Xeyr. Bu, Prezidentin xüsusi diqqətini tələb edən
hadisə deyil. Bütün rusiyalıların hüquqları ölkə qanunları ilə
qorunur. Bu halda da belə olacaq”, - deyə Kremlin
sözçüsü V. Putinin Navalnının məhkəmə və istintaq prosesində
hüquqlarının qorunmasına riayət olunmasını diqqətlə
izləyib-izləməyəcəyi ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, Kreml A. Navalnı ilə bağlı beynəlxalq rəyi
nəzərə almaq niyyətində deyil.
“Söhbət Rusiya qanunlarının Rusiya vətəndaşı tərəfindən icra
olunmaması faktından gedir. Bu, tamamilə daxili işdir və biz heç
kəsə icazə vermərik ki, buna maneə olsunlar. Belə bəyanatları
dinləmək niyyətində deyilik”, - deyə D. Peskov bir
sıra ölkələrin A. Navalnını azad etməklə bağlı çağırışlarına
münasibət bildirərkən qeyd edib.
Mənbə: apa.az