Bağdadda partlayış: 21 nəfər ölüb, 44 nəfər yaralanıb
İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb.

"TRT Haber" xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.

Terrorçu-kamikadze meydanda özünü partladıb.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ona görə ölənlərn sayının artacağı istisna edilmir.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google