2020-ci ildə Gürcüstan Azərbaycandan ümumi dəyəri 242,3 milyon ABŞ
dolları olan 1 543,2 milyon kubmetr həcmində təbii qaz idxal edib.
Bu barədə Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, həcmdə illik müqayisədə 11,5% azalma qeydə
alınıb.
Ötən il Gürcüstan Azərbaycandan 67,9 milyon ABŞ dolları dəyərində
216 min ton neft və neft yağları da tədarük edib ki, bu da 2019-cu
ilin eyni göstəricisindən 45 min ton və yaxud 26,3% çoxdur.
Mənbə: report.az