Azərbaycan Gürcüstandan siqaret idxalını 2 dəfəyə yaxın azaldıb
2020-ci ildə Azərbaycan Gürcüstandan 735,03 ton siqaret və digər tütün məmulatları idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun ümumi dəyəri 19,2 milyon ABŞ dolları təşkil edib.

İllik müqayisədə Gürcüstandan Azərbaycana tütün məhsullarının ixracı 2 dəfəyə yaxın və yaxud 49,2% azalıb.

Mənbə: report.az
Print