Marneulidə kişi maska taxmadığına görə saxlanılıb və polisə tabe olmadığına görə həbs olunub
24 yanvar tarixində polislər Marneulinin mərkəzi Rustaveli küçəsində gənc kişini saxlayıblar.

“Marneuli” radiosunun məlumatına görə, patrul polisi kişini Rustaveli küçəsində maskasız gəzdiyinə görə saxlayıb və cərimə yazmağı planlaşdırırmışlar. Bu zaman gənc oğlan onları təhqir edib.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, kişi polis orqanı nümayəndəsinin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb. Onu inzibati qayda pozuntusuna görə həbs ediblər.

Gənc kişinin saxlanılmasını əks etdirən video “Mtavari” kanalında yayımlanıb.

Videoda iki nəfər polisin gənci necə saxladığı və güclə maşına mindirdiyi görünür.

“Marneuli” radiosunun məlumatına görə, saxlanılmış kişini artıq azad ediblər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google