Gürcüstanda rəyi soruşulanların 80%-i ölkənin Avropa İttifaqına
(Aİ) üzvlüyünün tərəfdarıdır.
Bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda
keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.
Gürcüstan hökumətinin NATO-ya üzvlük məqsədini isə respondetlərin
74%-i müsbət qiymətləndirib.
NDI-nin ötən ilin iyununda apardığı araşdırmaya əsasən, Aİ-yə
inteqrasiyanı sorğuda iştirak edənlərin 76%-i, NATO-ya
inteqrasiyanı isə 69%-i dəstəkləyib.
Qeyd edək ki, sorğu 2020-ci ilin 17-24 dekabr tarixində keçirilib
və telefonla müsahibə yolu ilə 2 053 nəfərin rəyi öyrənilib.
Mənbə: report.az