"Pandemiya ilə adekvat addımlarla mübarizə" - Parlamentin
qarşısında COVID-19-la əlaqəli məhdudiyyətlərin yüngülləşdirilməsi
tələbi ilə mitinq keçirilir.
"Gürcüstan üçün Birləşmiş Gənclər" təşkilatının nümayəndələri
Parlament binası qarşısında toplaşaraq hökuməti məhdudiyyətlərlə
bağlı siyasəti yenidən nəzərdən keçirməyə çağırırlar.
“Tələbimiz nəqliyyatın bərpa edilməsi və komendant saatının
qaldırılmasıdır. Tamamilə qaldırılmasa da, ən azından qısaltsınlar,
çünki insanlar, heç evə gedib çata bilmirlər. Bir çox vətəndaş,
əsas problemlərinin nəqliyyatın işləməməsi olduğunu
söyləyir",- deyə mitinqin təşkilatçılarından biri
Teona Naxaxteveli "Netgazeti"-yə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, təşkilat nümayəndələri ictimai nəqliyyatın
işləməməsinin sosial-iqtisadi problemlərə səbəb olduğu bir sıra
vətəndaşların hekayəsini dinləyiblər.
"Yemək üçün
pullarının olmadığını söyləyirlər və bu pulu tapsalar da, ərzaq
almaq üçün bazara gedə bilmirlər, çünki taksi tutmaq üçün pulları
yoxdur",- deyə o, qeyd edib.
"Gürcüstan üçün Birləşmiş Gənclər" eyni tələblərlə mitinqləri davam
etdirməyi planlaşdırır.