“Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə və
regionumuzda hələ də kövrək olan sülhün davamlı sülhə köçürülməsi
prosesində aktiv şəkildə iştirak edəcək”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin
Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə
təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə
münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan
Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin birgə işbirliyi
Gürcüstanın inkişafına çox böyük töhfələr verib:
“Qardaş gürcü xalqı da bunu çox böyük qiymətləndirir.
Hesab edirəm ki, bizim Türkiyə ilə media və diaspor sahəsində birgə
görəcəyimiz işlər var. Qarşıdan gələn dövrlər ərzində də biz bu
sahələrlə bağlı fəaliyyətimizi artırmalıyıq”.
Mənbə: report.az