Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, həftə
sonuna qədər “Covax”, “Pfizer” və Gürcüstan arasında məsləhətləşmə
baş tutacaq.
Gürcüstanın vəd verilmiş 29 250 vaksin dozasını nə zaman alacağı
dəqiqləşdiriləcək.
Qabunianın Qurumlararası Koordinasiya Şurasının iclası bitdikdən
sonra bildirdiyinə görə, güman ki, ölkə mart ayının ilk iki
həftəsində “Pfizer”-dən gözlədiyi dozaları qəbul edəcək.
„Biz bu həftə “Pfizer” vaksinini qəbul edəcəyimizlə
bağlı əlavə şərtlər almışıq. Həftə sonuna qədər bir daha “Covax”,
“Pfizer” və Gürcüstanın iştirakı ilə məsləhətləşmə keçiriləcək.
Bütün təfərrüatlar və Gürcüstanın “Covax Platform”-dan almalı
olduğu, vəd verilmiş 29 250 dozanı nə zaman alacağımız
dəqiqləşdiriləcək. Həmin dozaları fevral ayının sonuna qədər
gözləyirdik. Ancaq tətbiq edilmiş əlavə tələblərə görə, bu dozanı
almalı olan bütün ölkələrdə müvafiq təxirə salmalar baş verib. Ümid
edirik ki, martın ilk iki həftəsində artıq “Pfizer”-dən
gözlədiyimiz dozanı alacağıq. Mən düşünürəm ki, gələn həftə daha
çox məlumatımız olacaq, vaksin haradan gətirilir, nə zaman gəlir və
nə zaman onu qəbul etmək imkanımız olacaq”, – Qabunia
bildirib.