Marneulidə, Rustaveli küçəsində, Mədəniyyət Mərkəzi ərazisindəki
parkın və Zurab Jvania adına Gürcü Dili Evinin bərpa işləri
aparılır.
İşlər İnfrastruktur Nazirliyinin maliyyə dəstəyi ilə həyata
keçirilir. Nazirlikdən “Marneuli” radiosuna bildirdiklərinə görə,
“yenilənmiş regionlar” proqramı çərçivəsində (Dening-build metodu
ilə) “dostluq” Kvemo Kartli regionunda bir neçə bələdiyyədə bərpa
işləri həyata keçirir. Bələdiyyələrdən biri də məhz
Marneulidir.
“Marneulidə Şota Rustaveli küçəsində yenidənqurma və
həmin küçədə olan parkın sağ hissəsində bərpa işləri aparırıq.
Həmçinin, park ərazisindəki binanın fasadı da bərpa
olunur”, – Nazirlikdən bildirdilər.
Bərpa işlərinin dəyəri bir milyon lari təşkil edir. İşlərin dekabr
ayının sonuna qədər başa çatdırılması planlaşdırılır.