Gürcüstan parlamentinin 10-cu çağırış deputatları iki qanunun yekun
oxunuşunu təsdiqləmək üçün sentyabrın 17-də sonuncu plenar iclasına
toplaşacaqlar.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili
bildirib.
“Plenar iclasda iki qanuna - “Ailə dəyərlərinin və
yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” və “Amnistiya
haqqında” qanuna üçüncü oxunuşda baxılacaq. Hələlik bu iki məsələ
var və ona görə də plenar iclas üçün bizə bir gün – sentyabrın
17-si lazım gələcək və bununla da işi
yekunlaşdıracağıq”, - o deyib.
Papuaşvilinin sözlərinə görə, büronun ənənəvi iclası olmayacaq.
Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 4-də ikinci oxunuşda
ölkədə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini
qəbul edib.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.