1 il ərzində emissiya normalarına əməl etmədiyinə görə 7193 qanun pozucusu cərimələnib
Ekoloji Nəzarət Departamentinin məlumatına görə, 2023-cü il sentyabrın 4-dən 2024-cü il sentyabrın 3-dək avtonəqliyyat vasitələrinin tullantılarının müəyyən edilmiş normalarına əməl etmədiklərinə görə 7193 fiziki və hüquqi şəxs cərimələnib - məlumatlar dörd böyük şəhərin, Tbilisi, Rustavi, Kutaisi və Batumi şəhərlərinin statistikasını əks etdirir.

“Ən çox - 3453 pozuntu Tbilisidə, 1403-ü Kutaisidə, 1233-ü Batumidə, 1104-ü Rustavi şəhərində qeydə
alınıb.

Cərimələnmiş 7193 qanun pozucusundan 6267-si fiziki, 926-sı isə hüquqi şəxsdir.

Minik avtomobili sürücülərinə 4463, mikroavtobuslara 2434, yük avtomobillərinə 287, avtobuslara 9 cərimə qəbzi tərtib edilib”,
- Ekoloji Nəzarət Departamentinin məlumatında deyilir.

Fiziki şəxsə münasibətdə nəqliyyat vasitələrinin tullantılara dair qanunvericiliyi ilə müəyyən edilmiş normalara riayət edilməməsinə görə cərimənin məbləği birinci dəfə 100 lari, ikinci dəfə 300 lari, üçüncü dəfə isə 600 lari təşkil edir. Hüquqi şəxs üçün cərimə 500, 1500 və 3000 lari təşkil edir. Cərimə 10 gün ərzində ödənilərsə, cərimənin məbləği 20% azalacaq.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Qərb
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123