Qardabanili Rəfi Orucov “VMH”-ın yenilənmiş partiya siyahısında 56-cı yeri tutur

Vahid Milli Hərəkatın üzvü Rəfi Orucov VMH-ın partiya siyahısındadır.

Mərkəzi Seçki Komissiyasının veb-səhifəsində yayımlanmış partiya siyahısına görə, Orucov 56-cı yeri tutur.

Rəfi Orucov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun əsas məqsədi Gürcüstanı bataqlıqdan çıxarmaq və “Gürcü Arzusu” rejimini bitirməkdir.

Seçki yolu ilə Parlamentə düşə bilib-bilməyəcəyi ilə bağlı sualımıza cavab olaraq Orucov VMH-in Parlamentə böyük

tərkiblə daxil olacağını dedi.

“Əminən ki, Parlamentə daxil olacağam. Ən aşağı toplayacağımız səs 40%-olacaq”, – Rəfi Orucov qeyd etdi.

Rəfi Orucov 2021-ci ilin 30 iyul tarixində Vahid Milli Hərəkatın üzvü olub. Orucov ona qədər “Gürcü Arzusu”nun üzvü idi və Qardabani Bələdiyyə Məclisinin sədri vəzifəsini tuturdu.

 

Print ელ. ფოსტა
თეგები: Vahid Milli hərəkat
FaceBook Twitter Google