DİN Gürcüstanda internetlə narkotik satışının cinayət sxemini aşkar edib
Daxili İşlər Nazirinin Mərkəzi Kriminal Polis Departamentinin direktor müavini – Mamuka Celidze.
DİN fəal şəkildə narkotik cinayətlərlə eləcə də internet vasitəsilə narkotikin qanunsuz istifadəyə verilməsi ilə mübarizəni davam etdirir.

DİN-nin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları bir neçə ay ərzində həyata keçirilmiş geniş miqyaslı operativ istintaq nəticəsində xüsusən böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi-saxlanılması, eləcə də internetdən istifadə edərək narkotik vasitələrin qanunsuz istifadəyə verilməsi ittihamı ilə, Tbilisidə Rusiya Federasiyasının 3 vətəndaşı saxlanılıb. Cinayət 8-dən 20 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Aparılan istintaq nəticəsində müəyyən edilib ki, saxlanılanlar təşkil edilmiş narkotik istehsalşıları qrupunu təmsil edirlər və onlar Gürcüstana narkotik istifadəyə vermək məqsədi ilə gəliblər.

Müttəhimlər narkotiki kiçik bağlama şəklində satırlarmış, Tbilisidə müxtəlif ünvanlarda, gizlin yerlərdə saxlayır, şəklini çəkir və internetdə istifadəyə vermək məqsədi ilə yayımlayırmışlar.

Hüquq mühafizəçiləri onlardan ikisinin şəxsi və yaşayış evində axtarış aparıblar, istifadəyə hazırlanmış müxtəlif növ narkotik və yeni psixotrop maddələri sübut olaraq götürüblər.

Konkret olaraq: 2 kilo və 287 qram yeni psixotrop maddə “Buprenorfin” tərkibli maye, 187 qram “Mdma” və narkotik maddə “Norpendanil” aşkar ediblər.

Saxlanılanlar günahlarını etiraf ediblər.

Polis istintaq eksperimenti zamanı müttəhimlərin qeydi ilə müxtəlif yerlərdən istifadəyə hazırlanmış narkotik maddələr çıxarıblar.

İstintaq xüsusən böyük miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsi-saxlanılması və istifadəyə verilməsinə cəhd faktları ilə bağlı Gürcüstan CM-nin 260-cı və 19-260-maddələri ilə gedir.

2019-cu ilin bir yanvarından bu günə qədər DİN əməkdaşları tərəfindən aparılan operativ istintaq nəticəsində aşkarlanıb: 12 kq-a qədər “Heroin”, 980 həb “Subuteks” və “Suboksin”, 2200 həb “Ekstaz”, 5 kq-a qədər yeni psixotrop maddələr, 1 kilo 350 qram Kokain və 250 qram psixotrop preparatlar. Cari ildə hüquq mühafizəçiləri narkotik vasitələrə görə 477 nəfəri cinayət işinə cəlb ediblər.

Mənbə: police.ge

Print