Xəbərlər
"Çemo Tbilis Kalako" mahnısı Şaban Məmmədovu qalib etdi
Marneulili müğənni Şaban Məmmədov Ukraynanın Vinnitsa şəhərində keçirilən "Qızıl Quş" (Zolotoy Ptax) festivalında qalib olaraq 1-ci yerə layiq görülüb.

Şaban Məmmədov qatıldığı festivalda gürcü və Ukrayna mahnısı ifa edib. Səs tembrinin güclü olmasına görə münsiflər tərəfindən rəğbətlə qarşılanan Şaban 3 ölkənin iştirakı ilə baş tutan festivalda mükafata layiq görülüb.

Xatırladaq ki, Şaban Məmmədov 2018-ci ilin oktyabr ayında Gürcüstanda keçirilən "İveria Brilliant" festivalında Qran-pri mükafatına layiq görülərək, 9 aprel tarixində Ukraynaya dəvət olunmuşdu.


Qeyd edək ki, Şaban Məmmədov 4 dəfə beynəlxalq festivallarda qran pri mükafatının sahibi olub. O, 8 dəfə müxtəlif musiqi müsabiqələrinin qalibi olub və 50-yə yaxın diplomu var. Şaban 2019-cu il ərzində iki dəfə birincilik qazanıb.



FaceBook Twitter Google
დაიცავი დისტანცია