Giorgi Qaxariya - hamımız dayanmalıyıq, sakitləşməliyik, sonra müəyyənləşdirməliyik harada səhv etdik və kim səhv etdi (VİDEO)
21:37 / 21.04.2019
Daşların atlması çıxış yolu deyil, – bu barədə
Daxili İşlər naziri Giorgi Qaxariya Pankisidə, aksiya iştirakçıları
ilə görüşdən sonra bəyan etdi.
Qaxariyanın qeyd etdiyinə görə, indi önəmlidir ki, hamı
sakitləşsin, yalan-doğru isə, sonra müəyyənləşdiriləcək.
SES-in tikintisinə gəldikdə, onun dediyinə, inşaatçılar yerlilərlə
söhbəti davam etdirəcəklər.
Elə onun qeyd etdiyinə görə, tikinti, əhalinin 90 faizinin
dəstəklədiyi təqdirdə davam etdiriləcəkdir.
Daxili İşlər naziri, Giorgi Qaxariya Pankisi dərəsində aksiya
iştirakçıları ilə, bağlı qapılar arxasında görüşdü. Yerli
sakinlərin birinin evində görüşdə, Maya Tskitişvili və Levan
Davitaşvili iştirak edirdilər.
Görüşdən öncə Daxili İşlər naziri Giorgi Qaxariya hadisə ilə bağlı
vəziyyətlə yerindəcək tanış oldu. Daxili İşlər Nazirinin dediyinə
görə, xüsusi təyinatlı dəstə üzvlərinin cavab reaksiyası, əhali
tərəfindən daşların atılmasından sonra baş verdi. Nazirin sözlərinə
görə, bu yolverilməzdir və reaksiya sərt olacaq.
Qarşıdurma nəticəsində bir neçə insan xəsarət aldı.