İqtidar partiyasının namizədi səs verməyə ailəsi ilə birlikdə gəlib(VIDEO)
“Mən prinsipial seçim etdim”, – “Gürcü Arzusu”nun mer vəzifəsinə namizədi Zaur Darğallı Marneulidəki 85 saylı məntəqədə səs verdikdən sonra deyib.

Darğallı səs verməyə ailəsi ilə birlikdə gəlib.
verdim”, – iqtidar partiyasının mer vəzifəsinə namizədi deyib.


Zaur Darğallı qeyd etdi ki, seçkilərdə ona dəstək olanlar sayəsində mütləq qalib gələcək.

Hakim partiya “Gürcü Arzusu”nun namizədi Zaur Darğallı üçün bu ilk seçkidir. İxtisasca ingilis dili mütəxəssisi olan namizədin siyasi nailiyyətləri 2013-cü ildə “Gürcü Arzusu”nun rayon gənclər təşkilatına rəhbər olması ilə başladı. O, daha sonra Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının Kvemo Kartli üzrə nümayəndəsi vəzifəsini tutub. Darğallı 2017-ci ildən isə Kvemo Kartli qubernatorunun müavini olub və bu vəzifəni növbədənkənar mer seçkilərində namizəd kimi iştirakı ilə əlaqədar olaraq tərk edib.



“Gürcü Arzusu”nun üzvü olanadək Zaur Darğallı 2011-2013-cü illərdə Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinatoru kimi çalışıb, o, 2008-2011-ci illər ərzində Marneuli Gənclər Mərkəzinin proqram meneceri olub, 2010-2011-ci illərdə Marneuli Gənclər Bankının mentoru və təlimçisi, 2007-2010-cu illərdə isə həmin bankın üzvü olub.



Onun mülkiyyətində 2017-ci ildə 60 000 lariyə aldığı Mercedes Benz GL 450 avtomobili var. O, bəyannamə doldurarkən həyat yoldaşı Rəna Nurməmmədovanın adına qeydiyyatda olan Marneulidəki 625 kv.m. torpaq sahəsini qeyd etməmişdi. 30 yaşlı Zaur Darğallı İctimai Xidmət Bürosu tərəfindən bəyannaməni qeyri-düzgün doldurduğuna görə cərimə olunan vəzifəli şəxslərdən biridir.



Zaur Darğallı sakinlərlə görüşünü “Mən sizin dəstəyinizə inanıram, biz birlikdə qalib gələcəyik” şüarı ilə keçirirdi.



Marneuli meriyasında qeyri-gürcü dilli sakinlərin bələdiyyətə baş verən hadisələr barədə məlumat ala bilməsinə və meriyanın işində iştirakına kömək edəcək xüsusi xidmətin yaradılması Zaur Darğallının planlarına daxildir. İqtidar partiyasının namizədi inzibati ərazi vahidlərində uşaq bağçaları və idman meydançalarının tikilməsi, kəndlərdə daxili yollar, küçə işıqları və içməli su problemlərinin həllini də vəd edir. O, mer seçiləcəyi təqdirdə meriya əməkdaşlarının hazırlıq keçəcəyini də vəd edir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები