XİN Gürcüstan vətəndaşlarını İranda koronavirusun yayılması
səbəbindən bu ölkəyə səfərdən çəkinməyə çağırıb.
“Gürcüstan vətəndaşlarının diqqətinə!
Koronavirusun yayılması ilə bağlı yaranan vəziyyətdən irəli
gələrək, bir müddət İrana səyahət etməkdən çəkinməynizi xahiş
edirik.
İranda olan Gürcüstan vətəndaşları isə, ehtiyac yaranacağı təqdirdə
Tehranda Gürcüstan səfirliyinin qaynar xətti ilə müraciət edə
bilərlər: +989352110274; +989122997726;
+989108201041”, – Xarici İşlər Nazirliyinin
bəyanatında deyilir.
Qeyd edək ki, İranda koronavirusdan 6 nəfər ölüb, yoluxanların sayı
isə 28-ə yüksəlib.