Bu gün, 25 fevral tarixində Algeti Şərab Zavodu Təsərrüfatında
yaşayan sakinlər içməli suyun olmaması ilə bağlı aksiya keçirərək
Tbilisi-Qırmızı körpü magistral yolunu bağlayıblar.
Marneuli Bələdiyyə Məclisinin deputatı, “Avropalı Gürcüstan”-ın
üzvü Əhməd İmamquliyev də aksiyaya qoşulub. Hadisə yerinə polislər
səfərbər olunub.
Daha sonra Marneuli meri Zaur Darğallı, merin müavinləri Laşa
Lobjanidze və Zaur Tabatadze, həmçinin “Marneuli Kənd Suları” MMC
direktoru Nəbi Abdullayev də məsələni aydılaşdırmaq üçün əhali ilə
görüşüblər.
Aksiya zamanı sakinlər Marneuli merinə içməli su ilə bağlı olan
problemləri ilə bağlı şikayət ediblər. Onlar Darğallının içməli su
probleminin həll olunması ilə bağlı söz verdiyini lakin bu gündə
problemin öz həllini tapmadığını deyiblər.
Zaur Darğallı bildirib ki, məsələ tez bir zamanda öz həllini
tapacaq və sakinlərin içməli su problemi aradan qalxacaq.
“Xalqın problemi bizim şəxsi problemimizdir. Biz 3
milyon 150 min larini ona görə ayırmışıq ki, hər birimizin problemi
həll olunsun, içməli su gəlsin. Bu problem həll olana qədər sizə
maşınla su veriləcək”, – Zaur Darğallı dedi.
Z.Darğallı onu da əlavə etdi ki, 27 fevral tarixindən etibarən
əhaliyə “Marneuli Kənd Suları” MMC tərəfindən maşınlarla içməli su
paylanılacaq.