Kvemo Kartlidə özünütəcrid qaydalarının pozulması faktı qeydə alınıb
"Daxili İşlər Nazirliyi Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə birgə apardığı monitorinq nəticəsində Kvemo Kartlidə, Mtsxeta-Mtianetidə, Acarıstanın regionlarında özünütəcrid qaydalarının pozulması ilə bağlı 7 nəfəri 3000 lari cərimələyib və məcburi şəkildə karantinə yerləşdirib" – DİN yazır.

“Bundan əlavə, fövqəladə vəziyyətlə bağlı rejimin pozulması faktına görə Kaxeti polisi bir nəfəri 3000 lari cərimələyib. Həmin şəxs qadağaya baxmayaraq mikroavtobusla şəhərlərarası sərnişin daşıyırmış. Bütün fiziki və hüquqi şəxslər fövqəladə rejimə riayət etməyə məcburdur. Rejimi pozmaq inzibati məsuliyyətə, eyni hərəkəti təkrar törətmək isə cinayət məsuliyyətinə səbəb olur”,
— DİN-nin bəyanatında yazılıb.

Marneuli və Bolnisi bələdiyyələtində 23 mart tarixində sərt karantin rejimi elan olunub. Hökumət bu qərarı Marneulili qadında koronavirus aşkarlandıqdan sonra verib.
Şəhərə giriş və çıxışa Daxili İşlər Nazirliyi nəzarət edir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google