Yağlıca təpəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı 2 Rustavili kişi dünyasını dəyişib (video)
12:59 / 30.03.2020
Yağlıca təpəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı 2
Rustavili kişi dünyasını dəyişib.
Dünyasını dəyişənlər 27 yaşlı Davit Demetraşvili və 43 yaşlı Davit
Meladzedir.
Dünyasını dəyişən şəxsin dostunun “İnfo Rustavi”yə verdiyi məlumata
görə, kişilər səhərə yaxın xaçın yanına qalxmaq istəyirmişlər.
Xatırladaq ki, Rustavi-Qırmızı Körpü yolu Marneulidə tətbiq olunan
karantinə görə bağlıdır.
“Hərbçilər buraxılış məntəqəsindən maşını geri
qaytarıblar, magistralda isə təhlükəli döngə var. Məhz həmin yerdə
sükanı saxlaya bilmədiklərinə görə avtomobil beton bəndə
çırpılıb”, – dünyasını dəyişən şəxslərin dostu
bildirir.