“Xəstənin vəziyyətinin təcili olmasını biz deyil, xəstəxana təsdiq etməlidir”, – Zaur Darğallı
Bu gün, Marneuli meriyasının qarşısında keçirilən aksiya zamanı Yuxarı Saral kənd sakini Rizvan Yusubov övladının xəstə olduğunu və müayinə üçün Tbilisidə yerləşən İaşvili klinikasına aparılmalı olduğunu dedi. O, bildirdi ki, övladına dərman almaq üçün “Forma100” almalıdır.

Rizvan Yusubov həmçinin bununla bağlı Zaur Darğallıyla da əlaqə yaratmağa çalışdığını, lakin buna nail olmadığını bildirdi. Məsələyə aydınlıq gətirmək üçün mer, Zaur Darğallı ilə əlaqə saxladıq.

O, bildirdi ki, bununla bağlı çalışırlar və kiminsə təcili şəkildə xəstəxanaya getmək kimi bir ehtiyacı olsa xəstəxananın da təsdiqlədiyi halda həmin xəstə fövqəladə halın xüsusi maşını ilə xəstəxanaya çatdırılacaq.

Koordinasiya formasında bu sahədə də çalışırıq ki, kimsə uşağını həkimə aparmalıdırsa, həmin insan Səhiyyə Nazirliyi ilə əlaqə saxlayır və həmin xəstəxana həqiqətən təsdiqləyirsə ki, bu uşaq təcili çıxmalıdır və həkim onu qəbul edirsə, o halda Səhiyyə Nazirliyinin fövqəladə hallar maşını aparır”, – Zaur Darğallı bildirdi.

O, həmçinin qeyd etdi ki, bəzən insanlar təcili hal olduğunu deyir, lakin xəstəxana təsdiqləməsə və desə ki, həmin xəstə 1 ay sonra da müraciət edə bilər, bu halda yalnız xəstənin vəziyyətinin təcili olmasını və ona Forma100-ün verilməsini xəstəxana təsdiq edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google