Kürtlər kəndində polis karantin qaydalarını pozan 3 nəfəri cərimələyib
29 mart tarixində Marneuli rayonunun Kürtlər kəndində polis karantin qaydalarını pozan 3 nəfəri cərimələyib. Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə hökumət tərəfindən Marneuli və Bolnisi rayonları ciddi karantin rejiminə keçib. Buna görə də lazım olmadığı halda əhaliyə evdən çölə çıxmaq qadağan edilib. Vətəndaşlar isə həmin qaydanı pozaraq bir araya toplaşıblar. Polis tərəfindən 3 nəfər kənd sakininə karantin qaydalarını pozduğuna görə 3 min lari cərimə yazılıb. Polis vətəndaşlara 10 gün ərzində cərimələrə görə şikayət etmək hüquqlarının olduğunu bildirib.

Dövlət tərəfindən elan edilmiş fövqəladə rejim qaydalarının pozulmasına görə fiziki şəxs üçün 3 min lari, hüquqi şəxs üçün isə 15 min lari cərimə nəzərdə tutulur. Pozuntunun təkrar olunduğu halda qanun cinayət həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google