Gürcüstanın pravoslav kilsəsi patriarxlığı Ayasofya muzeyinin
statusunun dəyişdirilməsinə rəy bildirib.
Bu gün, 9 iyul tarixində yayımlanan bəyanatda qeyd olunub ki, kilsə
Türkiyənin suverenliyinə hörmətlə yanaşır, ancaq yaxşı olar ki,
tikili yenə də neytral məkan olaraq qalsın.
“Məlumdur ki, Türkiyə tərəfindən bu bəyanatın
verilməsinin müəyyən səbəbləri olub. Ancaq indi bəşəriyyət bir çox
problem qarşısında dayandığı vaxtda xristianlıq və müsəlmanlıq
arasında xoş münasibətin saxlanılmasının böyük əhəmiyyəti var.
Düşünürük ki, bu gün Ayasofyanın yenidən neytral məkan olaraq
qalması müdrik addım olardı.
Türkiyə Cümhuriyyətinin suverenliyinə hörmətlə yanaşırıq, ümid
edirik ki, bu yanaşma dost ölkələr tərəfindən daxili məsələlərə
müdaxilə kimi deyil, bizim, qədim pravoslav kilsəsinin fikri və
ürək ağrısı olaraq qəbul olunacaq”, – bəyanatda
deyilir.
Patriarxlıq ümid edir ki, Türkiyə və Gürcüstan arasında olan
münasibətlər daha da dərinləşəcək və bu “hər iki ölkənin xeyrinə
baş verəcək”.