Telavi məhkəməsi keçmiş arvadını öldürməyə cəhd edən və qadının
indiki ərini öldürən kişini 18 il müddətinə azadlıqdan məhrum
edib.
Agentliyin məlumatına görə, qətl 2023-cü ilin noyabrında Saqareco
rayonunun Keşəli kəndində baş verib.
“2023-cü il noyabrın 28-də o, keçmiş həyat yoldaşı və
onun həyat yoldaşının yaşadığı, Saqareco rayonunun Keşəli
kəndindəki evinə silahlı halda gəlib və orada kişinin anasının gözü
qarşısında odlu silahdan ər-arvada bir neçə dəfə atəş açıb. Aldığı
xəsarətlər nəticəsində kişi yerindəcə keçinib, qadının həyatı isə
xilas edilib”, - prokurorluğun məlumatında
deyilir.
Həmin şəxsə qarşı Mülki Məcəllənin üç maddəsi, 109-cu maddəsi –
ağırlaşdırıcı hallarda, qəsdən başqalarının həyatına və
sağlamlığına təhlükə törədən üsulla və xüsusi amansızlıqla qəsdən
adam öldürmə, həmçinin, Mülki Məcəllənin 111, 19, 109-cu
maddələrinin “b”, “h”, “k” və “l” yarımbəndləri, həmçinin 236-cı
maddənin 3-cü və 4-cü hissələri ilə (qanunsuz olaraq odlu silah və
döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə) ona qarşı ittiham irəli
sürülüb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.