“Gürcü Arzusu” partiyasının Parlament sədri Şalva Papuaşvili
yenidən Almaniya səfiri Peter Fişerə və Almaniyanın Xarici İşlər
Nazirliyinə hücum edib.
Hökumətə bağlı “Imedi” kanalının jurnalisti ona Peter Fişer
haqqında sual verib. Jurnalist sualı verərkən, fotoşəkilini
Rustaveli prospektindəki etiraz iştirakçılarından biri 13 noyabr
tarixində yayıb.
Papuaşvili bildirib ki, “Almaniyanın Xarici İşlər Nazirliyi öz
mövqeyini aydınlaşdırmalıdır, sonda nə istədiklərini
deməlidirlər”.
Almaniyanın Xarici İşlər Nazirliyi 19 oktyabrda açıqlayıb ki, səfir
Peter Fişer məsləhətləşmələr üçün geri çağırılıb, çünki “Gürcüstan
rəhbərliyi Avropa İttifaqı, Almaniya və həmçinin şəxsən Almaniya
səfiri Fişer əleyhinə agitasiya aparır”.
Almaniya Xarici İşləri Nazirliyinin 6 noyabr açıqlamasına görə isə,
“məsləhətləşmələrdən sonra səfir Gürcüstana qayıdıb”.
“Bu məsləhətləşmədən qayıtdıqdan sonra ümid edirdik ki,
Almaniya səfiri Vyana Konvensiyasının əhəmiyyətini anlayacaq,
müvafiq maddələri yenidən nəzərdən keçirəcək və nəhayət bütün
bunlardan sonra davranışını saxlayacaq.
Bir neçə gün keçmədi ki, bütün dövlət və cəmiyyət alçaldıldı.
Kilsəni təhqir edənlərə dəstəyini bildirir. Beləliklə, Almaniyanın
Xarici İşlər Nazirliyi mövqeyini aydınlaşdırmalıdır – nə istəyir?
Gürcü xalqı ilə körpülər qurmaq, yoxsa bu körpüləri tamamilə
yandırmaq, çünki bu səfirin dövründə, hansı ki, gürcü dövlətini
lağa qoyur, ekstremistləri dəstəkləyir və Gürcü kilsəsinin,
patriarxın təhqirçilərinə həmrəylik göstərir, Almaniya tərəfindən
bu körpülərin qurulacağını təsəvvür etmək çətindir”,
– deyə Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Almaniya və Gürcüstan Xarici İşlər
Nazirlikləri arasında məsləhətləşmələr aparılıb və Alman tərəfi
“Gürcüstana vəd edib ki, Almaniya səfiri bundan sonra əvvəllər
etdiyinə bənzər hərəkətlərdən çəkinəcək”.
Papuaşvili etiraz iştirakçılarını bir daha ekstremist adlandırıb və
Almaniya səfirini “ekstremistlərin tərəfdarı” kimi
qiymətləndirib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.