Polis narkotik cinayətlərinə görə 75 nəfəri saxlayıb – böyük miqdarda narkotik maddə ələ keçirilib
Hüquq-mühafizə orqanları Tbilisi və regionlarda eyni vaxtda daha bir genişmiqyaslı xüsusi polis əməliyyatı keçirib.

Son 48 saat ərzində narkotik cinayətlərində ittiham olunan 75 nəfər saxlanılıb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Onlara qarşı böyük miqdarda narkotik və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, satılması və satışa yardım göstərilməsi ittihamları irəli sürülüb.

Məhkəmə qərarı əsasında aparılan gizli istintaq hərəkətləri nəticəsində audio və video qeydlər aparılıb. Toplanan sübutlar göstərib ki, saxlanılanların əksəriyyəti narkotik vasitələrin satışını mütəmadi qaydada həyata keçirib və bunun üçün müxtəlif üsul və metodlardan istifadə ediblər.

Polis saxlanılan şəxslərin üzərinə, avtomobillərinə və yaşayış yerlərinə baxış keçirib, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən satış üçün hazırlanmış müxtəlif növ və böyük miqdarda narkotik və psixotrop maddələr götürülüb. Onların arasında kokain, heroin, alfa-PVP, MDMA, metadon, subutex, buprenorfin, pregabalin, “Lyrica” və marixuana var.

Bundan əlavə, polis odlu silahlar, narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar və narkotik satışından əldə edildiyi ehtimal olunan pulu da maddi sübut kimi ələ keçirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı, 260-cı “tertsiya”, 260-cı “kvarta” və 261-ci maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google