Çeçenistanın ruhani idarəsi ananın azyaşlı uşağa qayğı məsələsində
birinci dərəcəli hüquqa malik olması, onu övladlarından zorla
ayırmağın yolverilməzliyi barədə açıq bəyanatla çıxış edib.
AzadlıqRadiosunun "Kavkaz Realii" saytı yazır ki, praktikada
məhkəmə və müftilik övladları uğrunda mübarizə aparan qadınlara
kömək etmirlər. Adətlərə görə, valideynlər ayrılanda uşaq ata ilə
qalır.
Regionun avtoritar lideri Ramzan Kadırov bir neçə dəfə
bəyan edib
ki, "tənha analar əsl kişi tərbiyə edə bilməzlər". Qadınlar illərlə
övladlarını görməyə bilərlər və atalar buna görə heç bir məsuliyyət
daşımırlar.
2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Şimali
Qafqazda uşaqlara qəyyumluq məsələsində cinsi ayrıseçkiliyi
tanıyıb. Məhkəmə bildirib ki, Çeçenistanda qərarlar atanın xeyrinə
qəbul edilir, icra məmurları ananın xeyrinə çıxarılmış hökmləri
icra etmirlər.
Övladını axtaran ana
"Kavkaz Realii" bir neçə ananın başına gələnlərdən yazır. Janetta
Tuxayeva böyük oğlunu bir neçə il görməyib. Moskva məhkəməsinə
rəğmən, Qroznı məhkəməsi 2020-ci ilin martında onun iki azyaşlı
oğlunun ataları Ruslan İbayevlə yaşaması barədə qərar çıxarıb.
Tuxayevanın üzərinə Instagram hesabını ləğv etmək öhdəliyi də
qoyulub. O, böyük övladının oğurlanmasından şikayət etmişdi.
2020-ci ilin iyulunda Tuxayeva qərarın ləğvinə nail olur, amma
oğlunu qaytara bilmir. İndi onun 16 yaşı var, keçmiş əri isə kiçik
oğlu üzərində də qəyyumluq almağa çalışır.
Yaxud Krasnodar sakini Mariya Smelaya oğlunu tapa bilmir,
Çeçenistanda olduğunu düşünür. O, məişət zorakılığı barədə hüquq
müdafiəçilərinə müraciət edib. Nə Çeçenistan hakimiyyəti, nə
məhkəmə orqanları, nə də müftilik bu işə maraq göstərib.
Ana ilə ünsiyyətin yasaqlanmasının uşaqların psixikasına təsir
göstərdiyini Çeçenistanda etiraf edirlər. 2020-ci ildə respublikada
uşaq hüquqları üzrə müvəkkil vəzifəsi yaradılıb. Onu müftinin
müavini Maqomed Xiraxmatov tutub. "Çeçnya Seqodnya" dövlət
agentliyinə müsahibəsində Xiraxmatov deyib ki, atalar övladlarını
ən əsas şeydən – ana nəvazişindən məhrum edirlər:
"Bu
isə onların cəmiyyət üçün təhlükəyə çevrilməsinə gətirib çıxarır.
Respublikamız üçün bu, görünməz, lakin ağır bir
faciədir".
Xiraxmatovun sözlərinə görə, uşaqların ana ilə görüşməsinə maneə
törədən atalara iş yerləri vasitəsilə təsir göstərəcəklər. O,
həmçinin səbəbsiz boşanmaya görə cərimələr təklif edib.
"Təmiz populizm"
Çeçenistandan anonimlik şərti ilə danışan sosioloq deyir ki,
müftiliyin açıq bəyanatları "düzgün və gözəldir", amma praktikada
hər şey fərqlidir. Şəriət və qanun formal olaraq qadın hüquqlarını
müdafiə etsə də, təcrübədə qadın zəif durumda qalır, uşaq isə
ailənin və yerli icmanın girovuna çevrilir:
"İşlək
müdafiə institutlarının olmaması da təsirini göstərir, qadının
praktik olaraq müraciət edəcəyi yer yoxdur. Dini və dövlət
qurumları hakimiyyətdən asılıdır ki, o da "loyal" kişilərlə
konfliktdə maraqlı deyil".
Qadınlar üçün "Marem" böhran qrupunun təsisçisi Svetlana Anoxina
deyir ki, müftiliyin, uşaq hüquqları üzrə müvəkkilin sözləri "təmiz
populizmdir":
"Bu mövzuda bütün bəyanatlar elə söz
olaraq qalır, konkret işlərdə ruhanilər iştirak etmir, qadınları
müdafiə etmirlər".
Anoxina bildirir ki, ata obrazı ənənəvi olaraq xüsusi avtoritet və
çəkiyə malikdir, ona görə də boşanma vaxtı daha çox ona üstünlük
verilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.