“Gürcü Arzusu” parlamenti torpaq qeydiyyatı ilə bağlı
qanunvericilik dəyişikliklərini birinci oxunuşda qəbul edib.
Qanunvericilik paketi nəzərdə tutur ki, 2026-cı il yanvarın 1-dən
etibarən bir il müddətində Milli İctimai Reyestr Agentliyi
torpaqların sporadik qeydiyyatını həyata keçirəcək.
Sporadik qeydiyyat nə deməkdir?
Bu, maraqlı şəxsin müraciəti və təqdim etdiyi zəruri sənədlər
əsasında torpağın qeydiyyatıdır.
Qanun layihəsinin təşəbbüskarları
bildirirlər ki, Ədliyyə Nazirliyi
tərəfindən elan edilmiş torpaqların sistemli qeydiyyatı
çərçivəsində mühüm nəticələr əldə olunub. Sistemli qeydiyyat
proqramı 2026-cı il yanvarın 1-dək başa çatır. Sistemli qeydiyyat
zamanı xidmətdən yararlana bilməyən mülkiyyətçilərə müraciət
əsasında torpağın qeydiyyatı imkanı veriləcək.
Qanun layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dək agentlik
aşağıdakıları təmin etməlidir:
- Gürcüstanın bələdiyyələrində (özünüidarə edən şəhərlər istisna
olmaqla) özbaşına zəbt edilmiş torpaq sahələri üzrə mülkiyyət
hüququnun tanınması;
- Təqdim olunan sənədlərdə göstərilən torpaq sahəsinin
eyniliyinin (identifikasiyasının) müəyyən edilməsi.
Layihəyə görə, 2027-ci il yanvarın 1-dək bələdiyyələrin özbaşına
zəbt edilmiş torpaq üzərində mülkiyyət hüququnu tanımaq, həyətyanı
torpaq sahəsi barədə arayış vermək, torpaq sahəsinin eyniliyini
müəyyən etmək və s. səlahiyyətləri dayandırılır.
Mülkiyyət hüququnun tanınması və eyniliyin müəyyən edilməsi
sistemli qeydiyyatın coğrafi əraziləri üçün müəyyən edilmiş qaydada
həyata keçiriləcək.
Sporadik qeydiyyatın haqqını hökumət müəyyən edəcək.
Bundan əlavə, qanuna “dövlət ölçən” anlayışı əlavə olunur.
Layihəyə əsasən, “dövlət ölçən” qanunun tələblərinə uyğun şəkildə
sertifikatlaşdırılmış, planlaşdırma/ölçmə işlərini icra edən
şəxsdir. Dövlət ölçən topoqrafik, geodeziya və kadastr
planlaşdırma/ölçmə işlərini yerinə yetirəcək.
Dövlət ölçənlərlə paralel olaraq özəl ölçənlər də fəaliyyətini
davam etdirəcək və vətəndaş hansı xidmətdən istifadə edəcəyini öz
seçə biləcək. Özəl ölçənin gördüyü iş dövlət ölçəni tərəfindən
yoxlana bilər.
“Gürcü arzusu” parlamentində müzakirələr zamanı ədliyyə nazirinin
müavini Qiorqi Dqebuadze bildirib ki, sistemli torpaq qeydiyyatı
çərçivəsində artıq qeydiyyatdan keçmiş torpaq sahələrinin
sərhədlərinin düzəldilməsinə planlaşdırılandan xeyli çox sahədə
ehtiyac yarandığı üzə çıxıb; həmçinin, özbaşına zəbt edilmiş torpaq
sahələrinin sayı proqnoz göstəricisini 2,5 dəfə üstələyib.
Onun sözlərinə görə, sistemli qeydiyyatın yekun mərhələsində daxili
və ya xarici miqrasiya və digər səbəblərə görə sahə işlərində
iştirak etməyən vətəndaşların müraciətlərinin sayı artıb.
Nazir müavini sistemli qeydiyyatın nəticələrindən də danışıb.
2022–2025-ci illərdə 2 094 707 torpaq sahəsi ölçülüb, onların ümumi
sahəsi 1 101 570 hektar təşkil edib.
Qurumun məlumatına görə, 2025-ci il 1 dekabr tarixinə ölkənin
kadastrla əhatə olunma səviyyəsi 95%-dən çoxdur.
2022–2025-ci illərdə 1 469 581 vətəndaş torpaq mülkiyyətçisi
olub.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.