Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf
Mühitə Nəzarət Departamentinin
Qara dənizin Mühafizəsi üzrə Konvensiya İdarəsinin əməkdaşları,
Sərhəd Polisi ilə birlikdə, Qara dənizin çirkləndirilməsi ilə bağlı
2 fakt aşkar ediblər.
Qurumun məlumatına görə, Portuqaliya və Palau bayraqları altında
üzən gəmilər dənizi təsərrüfat suları ilə çirkləndirib.
Tərtib olunmuş inzibati xəta protokolları əsasında Poti şəhər
məhkəməsi hər
iki gəmini hüquq pozuntusunda təqsirli bilib və
onların hər birinə 100 min lari məbləğində cərimə tətbiq edib.
Gəmilərə Gürcüstanın ərazi sularını tərk etmək və sərbəst üzmək
hüququ yalnız təyin olunmuş cərimə və ətraf mühitə vurulan ziyanın
ödənilməsindən sonra verilib.
Ətraf Mühitə Nəzarət Departamentinin açıqlamasında bildirilir ki,
Qara dənizin mühafizəsi qurum üçün əsas prioritet istiqamətlərdən
biridir. Qara dənizin Mühafizəsi üzrə Konvensiya İdarəsi həm suyun
çirkləndirilməsinin, həm də qanunsuz balıq ovunun qarşısının
alınması və aşkarlanması məqsədilə fasiləsiz dövlət nəzarəti həyata
keçirir.
Qurumun məlumatına əsasən, 2026-cı ildə artıq 81 gəmi yoxlanılıb,
15 hüquq pozuntusu aşkarlanıb. Onlardan 6-sı dənizin
çirkləndirilməsi faktıdır.
Departamentin qiymətləndirməsinə görə, son illərdə gəmilər
tərəfindən dənizin neft məhsulları ilə çirkləndirilməsi halları
nəzərəçarpacaq dərəcədə azalıb. Bu isə nəzarətin sərtləşdirilməsi
və cərimələrin artırılması ilə əlaqələndirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.