Gürcüstanın Daxili İşlər naziri Türkiyənin Gürcüstandakı səfiri ilə tanışlıq xarakterli görüş keçirib
Gürcüstanın Daxili İşlər naziri Sulxan Tamazaşvili Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arıs ilə tanışlıq xarakterli görüş keçirib.

Nazir səfirə Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud strateji tərəfdaşlığa xüsusi diqqət çəkiblər. Həmçinin təcrübə və ən yaxşı praktikaların bölüşülməsinin vacibliyi vurğulanıb.

Tərəflər arasında polis əməkdaşlığının əhəmiyyəti də müzakirə olunub. Qeyd edilib ki, bu əməkdaşlıq

polis attaşelərinin iştirakı, cinayətlə bağlı məlumatların fasiləsiz mübadiləsi və işgüzar səfərlərin mütəmadi təşkili ilə uğurla həyata keçirilir.

Sulxan Tamazaşvili Mustafa Türker Arıs’a səmərəli əməkdaşlığa görə təşəkkür edib və Gürcüstan tərəfinin Türkiyə ilə hüquq-mühafizə sahəsində tərəfdaşlığın daha da gücləndirilməsi üçün işlərin fəal şəkildə davam etdirilməsinə hazır olduğunu bir daha vurğulayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google