Dövlət sektorunda çalışan atalar üçün dekret məzuniyyətinin ödəniş qaydası dəyişir

Dövlət sektorunda çalışan atalar üçün uşağa qulluq məqsədilə ödənişli məzuniyyətin verilməsi qaydası dəyişir.


Səhiyyə naziri Mixeil Sarcveladze müvafiq fərmanı imzalayıb.

Dəyişikliklərə əsasən, dövlət qulluqçusuna müraciəti əsasında, uşağın doğulduğu gündən etibarən 550 təqvim günü müddətinə dekret məzuniyyəti verilir və bu müddətin 90 təqvim günü ödənişlidir.

Dövlət qulluqçusu olan ataya uşağa qulluq məzuniyyətinin yalnız o halda 90 təqvim günü ödəniləcək ki, yeni doğulmuş körpənin anası ödənişli məzuniyyətdən tam istifadə etməmiş olsun. 

“Yeni doğulmuş körpənin anası ödənişli məzuniyyətin müəyyən bir hissəsindən istifadə etdiyi təqdirdə, uşağın atasına məzuniyyət ödənişi ananın istifadə etmədiyi günlərin sayına mütənasib olaraq veriləcək, lakin bu müddət

90 təqvim günündən çox ola bilməz”, -
Səhiyyə nazirinin fərmanında qeyd olunur.

Qeyd etmək lazımdır ki, dövlət qulluqçusu məzuniyyət ödənişini almaq üçün çalışdığı dövlət qurumuna xəstəxanadan verilən bülleteni (tibbi vərəqəni), uşağın doğum haqqında şəhadətnaməsini və digər valideynin çalışdığı müəssisə tərəfindən verilmiş, onun ödənişli məzuniyyətdən neçə gün istifadə etdiyini göstərən arayışı təqdim etməlidir.

Bununla yanaşı, bu fərman qüvvəyə minənədək uşağa qulluq məzuniyyətindən istifadə hüququ yaranmış dövlət qulluqçularına da məzuniyyət yeni müəyyən olunmuş qaydalara əsasən veriləcək.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google