Son 5 ildə Gürcüstanda balıq qiymətləri necə dəyişib

Sakstatın 2025-ci il məlumatlarına görə, Gürcüstanda son 5 il ərzində balıq istehsalı azalıb.



Daha konkret desək, rəsmi statistikaya əsasən, 2025-ci ildə ölkədə ümumilikdə 2 445 ton balıq istehsal olunub. Müqayisə üçün, 2021-ci ildə istehsal 2 861 ton, 2022-ci ildə – 2 791 ton, 2023-cü ildə – 2 469 ton, 2024-cü ildə isə – 2

452 ton təşkil edib.

Bununla yanaşı, ötən il akvakultura təsərrüfatları tərəfindən istehsal olunan balığın 94.2%-i realizə edilib.

Sakstata görə, 2025-ci ildə Gürcüstanda akvakultura istehsalının 89%-i ailə təsərrüfatlarının, 11%-i isə müəssisələrin payına düşüb.

Regional bölgüyə gəlincə, ən çox akvakultura təsərrüfatı Sameqrelo-Zemo Svaneti və Kaxeti bölgələrində yerləşib. Təsərrüfatların sayına görə lider olan 5 bölgə belədir:

  • Sameqrelo-Zemo Svaneti – 23.5%
  • Kaxeti – 22.6%
  • Şida Kartli – 19.7%
  • Acarıstan – 7.5%
  • Quriya – 7%

Qeyd etmək lazımdır ki, Geostat tərəfindən dərc olunmuş məlumatlara görə, 2025-ci ildə, 2021-ci il ilə müqayisədə, bütün əsas balıq növləri bahalaşıb. Xüsusilə Avropa yayım balığının (naqqa) qiyməti diqqət çəkir, hansı ki yalnız bir il ərzində, 2024-cü il ilə müqayisədə, təxminən 70% artaraq 12.4 laridən 21 lariyə yüksəlib.

Sakstatın məlumatlarına görə, 2025-ci ildə Gürcüstanda balığın (1 kq, təsərrüfat qapısında) qiymətləri və son 5 ilin dinamikası belə olub:

  • Göyqurşağı alablığı – 16.3 lari (2021 – 11 lari; 2022 – 15 lari; 2023 – 14.2 lari; 2024 – 14 lari);
  • Karpat çapağı – 12.2 lari (2021 – 11.9 lari; 2022 – 15.7 lari; 2023 – 15.8 lari; 2024 – 15.1 lari);
  • Ağ amur – 9.4 lari (2021 – 7.3 lari; 2022 – 9 lari; 2023 – 8.2 lari; 2024 – 7.5 lari);
  • Ağ və əlvan qalınalın – 6.7 lari (2021 – 5.4 lari; 2022 – 5.4 lari; 2023 – 6.1 lari; 2024 – 6.2 lari);
  • Rusiya və Sibir nərəsi – 30.7 lari (2021 – 27.6 lari; 2022 – 26 lari; 2023 – 21.1 lari; 2024 – 25.9 lari);
  • Avropa naqqa balığı – 21 lari (2021 – 17.1 lari; 2022 – 19.3 lari; 2023 – 14.9 lari; 2024 – 12.4 lari).

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google