Milli Qida Agentliyinin İmereti və Sameqrelo-Zemo Svaneti
departamentlərinin müfəttişləri plandankənar dövlət
nəzarəti nəticəsində bir neçə obyektdə qanun pozuntuları
aşkarlayıblar. Agentliyin qərarı ilə həmin obyektlərin istehsal
prosesi dayandırılıb.
Agentliyin məlumatına görə, Samtrediada fiziki şəxslər N. C. və M.
K.-ya məxsus kəsim məntəqələrində kritik uyğunsuzluqlar müəyyən
edilib. Belə ki, Didqori III döngəsi, 9 ünvanında və Didqori
küçəsi, 140 ünvanında
yerləşən obyektlərdə donuz balaları baytarlıq
nəzarəti olmadan kəsilirmiş.
Bununla yanaşı, hər iki sahibkarlıq subyektinin İqtisadi
Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən və Milli Qida
Təhlükəsizliyi Agentliyinin məcburi tanınmasını almadan fəaliyyət
göstərdiyi müəyyən edilib. Aşkarlanan pozuntular baytarlıq və qida
təhlükəsizliyi tələbləri ilə bağlıdır.
Senakidə də qanun pozuntusu aşkarlanıb. Sameqrelo-Zemo Svaneti
Departamentinin müfəttişləri fərdi sahibkar Q. Ş.-nin fəaliyyətini
yoxlayıblar. Agentliyin məlumatına görə, Senaki Aqrar Bazarının
yaxınlığında fəaliyyət göstərən sahibkar qeydiyyatsız şəkildə çiy
balığın distribütorluğu və satışı ilə məşğul olub.
Balıq temperatur rejimi və gigiyena qaydaları kobud şəkildə
pozulmaqla minik avtomobili ilə daşınıb. Sahibkar cərimələnib,
obyektin isə istehsal prosesi dayandırılıb.
Milli Qida Təhlükəsizliyi Agentliyinin bəyanatına görə, dövlət
nəzarəti ölkə miqyasında fəal şəkildə davam etdirilir. Qanun
pozuntuları aşkar edildikdə, agentlik istehlakçıların sağlamlığını
qorumaq və bazara təhlükəsiz qida məhsullarının çıxarılmasını təmin
etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata
keçirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.