Hökumət Parlamentin Kutaisidə yerləşən binasını satmağı planlaşdırır
"Interpressnews"-un
məlumatına görə, Parlamentin Kutaisidəki keçmiş binası satıla
bilər.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi fəaliyyət göstərməyən
binaların özəlləşdirilməsini planlaşdırır.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Dövlət Əmlakı
Agentliyindən "Interpressnews"-a bildiriblər ki, “Parlamentin
keçmiş binasının özəlləşdiriləcəyi ilə bağlı məlumatları
yoxdur”.
İlkin məlumata görə, Parlamentin keçmiş binasında Qərbi Gürcüstanın
Polis mərkəzinin yerləşdirilməsi planlaşdırılırdı, ancaq cari ilin
yanvar ayında "Interpressnews"-a məlum olub ki, bina Daxili İşlər
Nazirliyinə verilməyəcək və İqtisadiyyat və Davamlı İnkişaf
Nazirliyinin balansına keçib.
Bu məlumatı nazirlikdən də təsdiq ediblər.
Xatırladaq ki, Gürcüstan Parlamenti ötən ilin yanvar ayından
Kutaisidən Tbilisiyə qayıdıb. Həmin vaxtdan bina
fəaliyyətsizdir.
Parlamentin Kutaisidə yerləşən keçmiş binası “Milli Hərəkat”
hakimiyyətinin təşəbbüsü ilə 2010-2012-ci illərdə tikilib və onun
tikintisinə 340 milyon laridən artıq pul sərf olunub.