“Biz faktiki olaraq ümumi karantin elan edirik və
karantin sabah saat 8-dən başlayacaq. Bu karantin deməkdir ki, hər
hansı növ nəqliyyat vasitəsilə, həmçinin, metro ilə şəhərlər və
bələdiyyələr daxilində hərəkət etmək qadağan
olunacaq”,
– bu bəyanatı Baş nazir Qiorqi Qaxaria hökumət administrasiyasında
baş tutan brifinqdə bildirib.
Qiorqi Qaxaria bildirib ki, fövqəladə vəziyyətlə bağlı rejim daha
da sərtləşdirilir. Fövqəladə vəziyyət şərtləri daxilində komendant
saatı elan olunur. Vətəndaşlar axşam saat 9-dan səhər 6-ya kimi
küçədə hərəkət edə bilməyəcəklər.
Gürcüstanda fövqəladə rejim 21 mart tarixindən elan olunub.
Gürcüstan hökuməti 23 mart tarixində Marneuli və Bolnisi
bələdiyyələrində ciddi rejimli karantin elan edib. Bələdiyyələrə
giriş və çıxış qadağandır.
30 mart tarixinə olan göstəricilərə görə Gürcüstanda koronavirusa
yoluxanların sayı 100 nəfərdir. Hazırda koronavirusdan 18 nəfər
sağalıb.