31 mart tarixindən Gürcüstanda komendant saatı tətbiq olunacaq

“Biz faktiki olaraq ümumi karantin elan edirik və karantin sabah saat 8-dən başlayacaq. Bu karantin deməkdir ki, hər hansı növ nəqliyyat vasitəsilə, həmçinin, metro ilə şəhərlər və bələdiyyələr daxilində hərəkət etmək qadağan olunacaq”,

– bu bəyanatı Baş nazir Qiorqi Qaxaria hökumət administrasiyasında baş tutan brifinqdə bildirib.

Qiorqi Qaxaria bildirib ki, fövqəladə vəziyyətlə bağlı rejim daha da sərtləşdirilir. Fövqəladə vəziyyət şərtləri daxilində komendant saatı elan olunur. Vətəndaşlar axşam saat 9-dan səhər 6-ya kimi küçədə hərəkət edə bilməyəcəklər.

Gürcüstanda fövqəladə rejim 21 mart tarixindən elan olunub.

Gürcüstan hökuməti 23 mart tarixində Marneuli və Bolnisi bələdiyyələrində ciddi rejimli karantin elan edib. Bələdiyyələrə giriş və çıxış qadağandır.

30 mart tarixinə olan göstəricilərə görə Gürcüstanda koronavirusa yoluxanların sayı 100 nəfərdir. Hazırda koronavirusdan 18 nəfər sağalıb.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google