62 yaşlı Marneulili qadının koronavirusa görə ilkin analizinin cavabı mənfidir
Levan Ratianinin sözlərinə görə, Marneulidən aparılmış 62 yaşlı qadının koronavirusa görə ilkin analizinin cavabı mənfidir

Tbilisi Universitet Klinikasına Marneulidən ggətirilmiş qadının koronavirusa görə ilkin analizinin cavabı mənfidir, – bu barədə Gürcüstanın Birinci Kanalının efirində klinikanın direktoru Levan Ratiani deyib.

Ratianinin bildirdiyinə görə, sabah təkrar analiz götürüləcək və qadın klinikanı bir neçə günə sağalmış halda tərk edəcək.

“Bizim Marneuli-Bolnisi zonasından olan qadın pasiyentimiz var idi. Klinikamıza gətirilərkən vəziyyəti kritik ağır idi. Qadın süni tənəffüs aparatından bir neçə gün əvvəl çıxarılıb. Bu gün 14 gün keçdi və demək istəyirəm ki, koronavirusa görə ilkin analizin cavabı mənfi çıxdı. Sabah təkrar analiz götürüləcək və qadın klinikanı bir neçə günə koronavirussuz tərk edəcək”, – Ratiani deyib.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google