Vaxtanq Boçorişvili adına klinikanın Kliniki Nəzarət Şurasının
sədri Maka Soloğaşvilinin məlumatına görə, hazırda klinikada
koronavirusdan 6 uşaq müalicə olunur.
Klinikaya yerləşdirilmiş 2 yaşlı uşağa gəlincə, Maka Soloğaşvilinin
bildirdiyinə görə, onun anasında koronavirus təsdiqlənməyib, uşağın
vəziyyəti isə yaxşıdır.
“13 yaşlı uşağın vəziyyəti də yaxşıdır. O, özünü yaxşı
hiss edir, sətəlcəmin təsnifləndirilməsi davam edir”,
– Soloğaşvili bildirib.