İstixanalarda məhsul yığımı zamanıdır, satış yerləri isə bağlıdır
71 yaşlı Ayvaz Şərəyev Kürtlər kəndində yaşayır. Onun ailəsinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır. Onlar əsasən istixanada xiyar, pomidor, kartof əkirlər. Ayvaz Şərəyevin sözlərinə görə, onlar əkin işlərinə dekabr ayından başlayıblar. Bu il onlar istixanada 10 000 ədəd xiyar şitili əkiblər. Artıq onların əkdikləri məhsul yetişib. Ayvaz Şərəyev bu gün eşidib ki, Marneuli bazarı artıq öz fəaliyyətini dayandırıb. Bazarın bağlanmasının səbəbini də bilir və bunun doğru addım olduğunu söyləyir. Amma o, bir tərəfdən də əkib-becərdiyi məhsulu necə satacağına, bankdan götürdüyü krediti necə ödəyəcəyinə görə narahat olur.



Ayvaz Şərəyev kimi digər kənd sakinləri də bazarın bağlanılmasına görə narahtdırlar. Sakinlər deyir ki, onların əsas gəlir mənbəyi kənd təsərrüfatıdır və onların da məhsulları artıq yetişib.



Xatırladırıq ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan olunub. Hökumət bu barədə qərarı Marneulidə bir qadında koronavirus aşkarlandıqdan sonra onun yoluxma mənbəyinin müəyyən olunmamasına görə verib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google