“Biz proseslərə nəzarət edirik. Tam şəkildə
monitorinqlər aparılır, fövqəladə vəziyyət müddətində çörəyin
bahalaşması qəti şəkildə baş verməyəcək”, – bu barədə
kənd təsərrüfatı naziri Levan Davitaşvili brifinq zamanı bildirib.
Onun sözlərinə görə, dövlət un, çörək biznesinə çörəyin qiymətinin
saxlanılması üçün kompensasiya təklif edir.
“Biz idxalatçılara və un istehsalçılarına elə rejim
təklif edirik ki, çörəyin qiymətini saxlamaq üçün kompensasiya ala
bilsinlər.
Bu gün də çörək xammalının bahalaşmaması təqdirində çörəyin
qiymətinin artırılmaması ilə bağlı çörək sənayesi nümayəndələri ilə
görüşümüz oldu. Fövqəladə vəziyyət şəraitində sakinlərə ərzaq
baxımından ən mühüm məhsulla bağlı əlavə narahatçılıq, problem
yaradılmaması çox vacibdir”, – Kənd Təsərrüfatı
naziri bildirib.