Gürcüstanda koronavirusa 8 yeni yoluxma halı aşkarlandı, sağalanların sayı isə 3 nəfər artdı
Gürcüstanda koronavirusa yolxma hallarının sayı daha 8 nəfər artaraq 746-ya çatıb. Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılmış stopcov.ge saytında verilib. Sağalanların sayı isə daha 3 nəfər artaraq 576 nəfər olub.

Karantin rejimində 2966, stasionarda xüsusi nəzarət altında isə 250 nəfər var.

Gürcüstanda koronavirus səbəbindən bu günə kimi 12 nəfər vəfat edib.

Xarici ölkələrdən müalicə üçün 3 Gürcüstan vətəndaşı ölkəyə gətirilib.

Mənbə: İnterPressNews
Print