Gürcüstanda daha 26 nəfərdə koronavirus aşkarlanıb.
Jurnalistlərə bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər
Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia verib. Onun
bildirdiyinə görə, daha beş nəfər sağalıb.
Son məlumatlara görə, Gürcüstanda koronavirusa ümumilikdə 783 nəfər
yoluxub ki, bunlardan da 605 nəfəri sağalıb.
Bundan əlavə, xaricdən müalicə üçün üç Gürcüstan vətəndaşı
gətirilib. Ölkədə koronovirusdan 12 nəfər dünyasını dəyişib.
Hazırda karantin rejimində 30301 nəfər, stasionar nəzarətdə isə 262
nəfər var.