Xelvaçauridə vətəndaş yaşadığı evin yaxınlığından cüyür tapıb
Xelvaçauri bələdiyyəsinin Korolistavi kəndi yaxınlığında cüyür tapılıb. Bu haqda məlumatı Ətraf Mühitə Nəzarət departamenti yayıb. Verilən məlumatda bildirilir ki, vətəndaşı cüyürü tapdıqdan sonra dərhal qaynar xəttə zəng edərək bu haqda məlumat verib.

“Daxil olan məlumat əsasında Acarıstan və Quria bölgə Departamentinin əməkdaşları dərhal hadisə yerinə gedərək cüyürü təhvil alıb və Batumi zooparkına aparıblar. Müalicəsi başa çatdıqdan sonra baytarların tövsiyəsi əsasında cüyürü vəhşi təbiətə buraxacaqlar”, – deyə departamentdən bildiriblər.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google